📢 Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi Üzvlük Proqramı çərçivəsində Neft-qaz mühəndisliyi üzrə "Directional Drilling Fundamentals MWD & LWD Technologies for Smarter Drilling Decisions" ONLİNE təlimi uğurla baş tutdu!
Təlim zamanı iştirakçılar qazmada real vaxt məlumatlarının toplanması və interpretasiyası, MWD (Measurement While Drilling) və LWD (Logging While Drilling) texnologiyalarının iş prinsipləri, üstünlükləri və tətbiq sahələri haqqında fundamental biliklərlə təmin olundular. Həmçinin daha səmərəli və təhlükəsiz qazma qərarlarının qəbulunda bu texnologiyaların rolu geniş şəkildə izah edildi.
📍 Təlimin əsas mövzuları:
🔹 MWD texnologiyasının əsasları
🔹 LWD texnologiyasının əsasları
🔹 Real-time data acquisition
🔹 Qazma zamanı qərarvermə proseslərinin optimallaşdırılması
🔹 MWD/LWD alətlərinin quruluşu və tətbiq nümunələri
Təlim zamanı iştirakçıların sualları cavablandırıldı və real sahə təcrübələri əsasında faydalı müzakirələr aparıldı.
Bu dəyərli təlim üçün Fərhad Qədimova təşəkkür edirik!
📍 Məkan: Zoom
Elanlardan daha tez xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙
November 25, 2025 - Paylaşdı: Admin