[email protected] +994 99 303 07 01
November 27, 2026 - Paylaşdı: Admin

"MWD və LWD karotaj texnologiyaları" seminarı uğurla başa çatdı!

Azərbaycan Mühəndislər Birliyinin "Üzvlük Proqramı" çərçivəsində neft-qaz mühəndisliyi üzrə təşkil olunan "MWD və LWD karotaj texnologiyaları" seminarı uğurla başa çatdı!

Seminar boyunca iştirakçılara qazıma prosesi zamanı məlumatların real vaxtda əldə edilməsi, MWD və LWD sistemlərinin iş prinsipləri və tətbiq sahələri barədə ətraflı məlumat verildi.

📌 Əsas mövzular:
🔹 MWD və LWD texnologiyalarının əsasları və fərqləri
🔹 Qazıma zamanı ölçmə sistemlərinin iş prinsipi
🔹 Quyunun trayektoriyasının (inklinometriya) təyini və idarə olunması
🔹 Geoloji və petrofiziki parametrlərin real vaxtda qiymətləndirilməsi
🔹 Məlumatların ötürülməsi üsulları (palçıq impulsu telemetriyası)
🔹 Geoloji istiqamətləndirmə (geosteering) və praktiki tətbiqlər

💡 Seminar interaktiv formatda keçirildi: iştirakçıların sualları cavablandırıldı, bilik və təcrübə mübadiləsi aparıldı.

Dəyərli və maarifləndirici təqdimata görə təlimçimiz Elza Əhmədovaya təşəkkür edirik! 💙

Elanlardan vaxtında xəbərdar olmaq üçün səhifəmizi izləyin, WhatsApp və Telegram qruplarımıza qoşulun!