📢 Azərbaycan Mühəndislər Birliyinin “TRIP&LEARN” sessiyası BP-də uğurla tamamlandı!
Bu dəfəki sessiyamızda geologiya, mineralogiya və süxur növləri mövzuları ətrafında geniş müzakirələr aparıldı. İştirakçılar mineral və süxur anlayışları, onların xüsusiyyətləri, yaranma prosesi və yer qabığında oynadıqları əsas rollar haqqında dərin məlumat əldə etdilər.
Sessiya zamanı iştirakçılar qruplara bölünərək müxtəlif mineral və süxur növləri üzərində çalışdılar. Hər qrup özünə tapşırılan mineral və ya süxurun xüsusiyyətlərini araşdıraraq əldə etdikləri bilikləri təqdim etdi. Təqdimatlar vasitəsilə iştirakçılar həm öz mövzularını dərindən öyrəndilər, həm də digərlərinin təqdimatlarından faydalandılar.
Bu imkanı yaratdığı üçün BP-yə, həmçinin fəal iştiraklarına görə bütün iştirakçılara təşəkkür edirik!
Bizimlə öyrənmək,inkişaf etmək və daha çox imkanlar üçün bizi izləyin!💙



July 13, 2025 - Paylaşdı: Admin