📢 Azərbaycan Mühəndislər Biriliyi tərəfindən Üzvlük Proqramı çərçivəsində “Ekologiyanın Əsasları” Seminarı uğurla başa çatdı!
Seminar Anar Əmiraslanovun təqdimatında baş tutdu və iştirakçılara ekologiya elmi, ətraf mühitin qorunması və ekoloji balansın vacibliyi haqqında həm nəzəri, həm də praktiki biliklər qazandırıldı.
📍 Seminarın əsas mövzuları:
🔹 Ekologiya elminin yaranma tarixi və inkişaf mərhələləri
🔹 Ətraf mühitin tərkib hissələri: atmosfer, hidrosfer, litosfer
🔹 Biosfer və ekosfer anlayışları
🔹 Ekoloji faktorlar – abiotik, biotik və antropogen təsirlər
🔹 Ətraf mühitin mühafizəsi və resurslardan səmərəli istifadə yolları
🔹 Qlobal və yerli ekoloji problemlər (iqlim dəyişikliyi, su çatışmazlığı, meşəsizləşmə və s.)
🔹 Ekoloqların rolu və ekoloji maarifləndirmənin əhəmiyyəti
Seminar zamanı iştirakçılar ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən tədbirləri müzakirə etdilər, praktiki nümunələr üzərindən fikir mübadiləsi apardılar və mühəndis kimi ekoloji məsuliyyətin önəmini dərk etdilər.
Bu faydalı və dəyərli seminar üçün Anar Əmiraslanova təşəkkür edirik!
Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙



November 05, 2025 - Paylaşdı: Admin