📢 Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi Üzvlük Proqramı çərçivəsində Kimya üzrə 18 Oktyabr tarixində keçirilən “LC–MS texnologiyalarına giriş” adlı seminar uğurla başa çatdı.
Seminar Leyla Həsənovanın təqdimatında keçirildi və iştirakçılara həm nəzəri, həm də praktiki biliklər qazandırıldı.
📍 Seminarın əsas mövzuları:
🔹 Xromatoqrafiyanın prinsipləri və əsas anlayışlar
🔹 Maye xromatoqrafiyası (LC) sisteminin quruluşu və işləmə mexanizmi
🔹 Kütlə spektrometriyasının (MS) iş prinsipi və komponentləri
🔹 İonizasiya üsulları (ESI, APCI) və interfeys texnologiyaları
🔹 LC–MS sisteminin inteqrasiyası və analitik imkanları
🔹 LC–MS analizinin tətbiq sahələri və üstünlükləri
🔹 Müasir LC–MS cihazları və proqram təminatları
Seminar zamanı iştirakçıların sualları cavablandırıldı, real laboratoriya nümunələri üzərində müzakirələr aparıldı və praktiki biliklər möhkəmləndirildi.
Bu faydalı və dəyərli seminar üçün Leyla Həsənovaya təşəkkür edirik! 💙
Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!


November 05, 2025 - Paylaşdı: Admin