📢 Azərbaycan Mühəndsilər Birliyinin təşkil etdiyi Üzvlük Proqramı çərçivəsində SƏTƏMM üzrə 18 və 19 Oktyabr tarixlərində “Introduction to HSE” və “Permit to work” təlimləri başa çatdı.
Təlim mühəndis Röyal Aslanın təqdimatında keçirildi və iştirakçılara həm nəzəri, həm də praktiki biliklər qazandırıldı.
📍 Təlimin əsas mövzuları:
🔹 SƏTƏMM anlayışı və məqsədləri
🔹 Risk və təhlükə arasındakı fərqlər
🔹 Risk qiymətləndirmə və idarəetmə metodları
🔹 Fərdi qoruyucu vasitələr və təhlükəsizlik mədəniyyəti
🔹 İşə icazə sisteminin mərhələləri və sənədləşmə
🔹 Qapalı sahə, qaz yoxlama və yanğın təhlükəsizliyi qaydaları
🔹 Rəhbər, icraçı, nəzarətçi və digər rolların vəzifə bölgüsü
Təlim zamanı iştirakçıların sualları cavablandırıldı, real istehsalat nümunələri üzərində müzakirələr aparıldı və praktiki biliklər möhkəmləndirildi.
Bu faydalı və dəyərli təlim üçün mühəndis Röyal Aslana təşəkkür edirik!
Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙



November 05, 2025 - Paylaşdı: Admin