📣 Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi Üzvlük Proqramı çərçivəsində İnşaat mühəndisliyi üzrə “A-dan Z-yə İnşaat mühəndisliyi” adlı seminar uğurla başa çatdı!
Seminar Ramin Orucov tərəfindən təqdim olundu və iştirakçılara inşaat mühəndisliyi sahəsinin əsasları, tikinti layihəsinin mərhələləri, real layihələrdən praktiki nümunələr, tikintidə istifadə olunan sənədlər və komandalar, karyera yol xəritəsi və inkişaf imkanları haqqında geniş biliklər qazandırdı.
📍 Təlimin əsas mövzuları:
🔹 Statika və materialların mexanikası
🔹 Tikinti materialları və texnologiyaları
🔹 İnşaat konstruksiyaları
🔹 Geodeziya və torpaq işləri
🔹 AutoCAD, Revit və BIM əsasları
🔹 Layihə idarəetməsi və tikinti təhlükəsizliyi
Təlim zamanı iştirakçılarla interaktiv müzakirələr aparıldı və nəzəri biliklər praktiki tapşırıqlarla möhkəmləndirildi.
Bu dəyərli və peşəkar təqdimat üçün Ramin Orucova təşəkkür edirik! 💙
Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 🚀



November 25, 2025 - Paylaşdı: Admin