📣 Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi Üzvlük Proqramı çərçivəsində İnşaat mühəndisliyi üzrə “Tikinti Layihələrinin idarə olunması” adlı təlim uğurla başa çatdı!
Təlim Elmin Yusifov tərəfindən təqdim olundu və iştirakçılara Giriş Təməl biliklər inşaat sektoru, layihə idarəetməsi və layihə idarə olunmasının metedologiyaları inşaat mərhələləri, layihə idarə etməsi üzrə əsas anlayışlar, layihənin başlanması, layihələrin müəyyənləşdirilməsi və seçimi, layihənin planlanması layihə tapşırığı və iş bölgüsü strukturu ( WBS ), layihədə resursların və müddətin proqnozlaşdırılması, layihədə xərclərin risklərin planlaşdırılması proqnoz edilməsi və nəzarət mexanizmi, layihənin icrası, layihə meneceri və komanda təşkilatçılığı, layihədə kommunikasiyanın təşkili və sənədləşmələr, investisiyanın idarə olunması haqqında geniş biliklər qazandırıldı.
📍 Təlimin əsas mövzuları:
🔹 Tikinti layihəsinin əsasları
🔹 Zamanın idarə olunması
🔹 Müqavilələr və hüquqi məsələlər
🔹 Layihəyə nəzarət və hesabatlılıq
🔹 Xərc və büdcə idarəetməsi
🔹 Əməyin mühafizəsi və təhlükəsizlik
Təlim zamanı iştirakçılarla interaktiv müzakirələr aparıldı və nəzəri biliklər praktiki tapşırıqlarla möhkəmləndirildi.
Bu dəyərli və peşəkar təqdimat üçün Elmin Yusifova təşəkkür edirik! 💙
Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 🚀


January 03, 2026 - Paylaşdı: Admin