[email protected] +994 99 303 07 01
January 03, 2026 - Paylaşdı: Admin

“Completion Equipment” mövzusunda növbəti seminar uğurla baş tutdu!

📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən Üzvlük Proqramı çərçivəsində “Completion Equipment” mövzusunda növbəti seminar uğurla baş tutdu!

Seminar Fikrət Qədimovun təqdimatında keçirildi və iştirakçılara neft-qaz quyularında istifadə olunan completion avadanlıqları, onların funksiyaları, seçilmə meyarları, əməliyyat mərhələləri və təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verildi.

📍 Seminarın əsas mövzuları:
🔹 Completion avadanlıqları və onların təyinatı
🔹 Barrier sistemləri və quyu təhlükəsizliyi
🔹 Avadanlıqların seçilmə meyarları
🔹 Quyu məhsuldarlığının artırılmasına təsir edən amillər
🔹 Təhlükəsizlik standartları və əməliyyat zamanı risklərin idarə olunması

Seminar boyu iştirakçılar real sahə təcrübələri, çətinliklər və müasir yanaşmalar barədə praktiki biliklər əldə etdilər.
Bu dəyərli və faydalı seminar üçün Fikrət Qədimova təşəkkür edirik!

Yeni elanlardan xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙