[email protected] +994 99 303 07 01
July 23, 2025 - Paylaşdı: Admin

“Elektrik Layihələndirilməsinin Əsasları” təlimi

📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən təşkil olunan “Gələcəyin Mühəndisləri” adlı təqaüd proqramı çərçivəsində keçirilən “Elektrik Layihələndirilməsinin Əsasları” təlimi uğurla başa çatdı!


Təlimdə iştirakçılar üçün aşağıdakı əsas mövzular haqqında ətraflı məlumat verildi:
📌 Elektrik enerji sistemlərinin layihələndirilməsinə elmi və texnoloji yanaşma

📌 Normativ sənədlər və beynəlxalq texniki standartlar

📌 Hesablama metodları və mühəndis modelləşdirmə proqramları

📌 Layihələndirmədə istifadə olunan mühüm sənədlər və məlumat bazaları

📌 Elektrik layihələrinin strukturu və əsas komponentləri

📌 Qrafik simvollar və sxem oxuma bacarıqları

📌 Layihələr üzrə əsas texniki hesabatlar

📌 Elektrik avadanlıqları kataloqları və onlardan düzgün istifadə üsulları


Təlim müddətində bu mövzular izah edildi, gənclərin sualları cavablandırıldı.


Faydalı təlimə görə Samir Qurbanova təşəkkürümüzü bildiririk.


Elanlardan daha aktiv xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!💙