📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən təşkil olunan “Gələcəyin Mühəndisləri” adlı təqaüd proqramı çərçivəsində keçirilən “Elektrik Maşınları və Transformatorlar” təlimi uğurla başa çatdı!
Təlim zamanı iştirakçılar üçün aşağıdakı əsas mövzular haqqında ətraflı məlumat verildi:
📌 Elektrik maşınlarının iş prinsipi və konstruktiv quruluşu
📌 Fırlanan elektrik maşınları: motorlar və generatorlar
📌 AC və DC motorlar: növləri, tətbiq sahələri, üstünlükləri
📌 Sinxron generatorlar və enerji sistemlərində rolu
📌 Transformatorların növləri: güc, ölçü və avtotransformatorlar
📌 Transformatorların iş prinsipi və transformasiya əmsalı
📌 Soyutma sistemləri və tətbiq sahələri 📌 Ölçü cərəyan və gərginlik transformatorlarının istifadəsi və dəqiqlik sinifləri
Təlim ərzində bu mövzular geniş şəkildə izah edildi, gənclərin sualları cavablandırıldı və maraqlı müzakirələr aparıldı.
Faydalı və peşəkar təlimə görə Orxan Mustafayevə təşəkkürümüzü bildiririk.
Elanlardan daha tez xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!💙


July 23, 2025 - Paylaşdı: Admin