📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən Üzvlük Proqramı çərçivəsində
“Elektrik Təhlükəsizliyi” seminarı uğurla başa çatdı!
1 noyabr tarixində Azərbaycan Mühəndislər Birliyi tərəfindən Üzvlük Proqramı çərçivəsində “Elektrik Təhlükəsizliyi” mövzusunda seminar keçirildi.
Seminar təlimçi Anar Hüseynovun təqdimatında baş tutdu və iştirakçılara elektrik enerjisinin insan həyatı üçün potensial təhlükələri, elektrik qəzalarının səbəbləri, torpaqlama sistemləri, qoruyucu vasitələr və təhlükəsizlik qaydaları barədə dərin biliklər təqdim olundu.
📍 Seminarın əsas mövzuları:
🔹 Elektrik təhlükəsizliyinin məqsədi və vacibliyi
🔹 Elektrik travmaları, yanıqlar və elektrik zərbələri
🔹 Toxunma və addım gərginliyi anlayışları
🔹 Torpaqlama sistemləri (TN-C, TN-S, TN-C-S və s.)
🔹 Elektrik qurğularında təhlükəsizlik tədbirləri
🔹 Gərginlik altında işləmə qaydaları və qoruyucu vasitələr
🔹 Təhlükəsizlik plakatları və xəbərdaredici nişanlar
🔹 Elektrik sahəsində “Qızıl Qaydalar”
🔹 Elektrik qəzaları və onların qarşısının alınması yolları
Seminar zamanı iştirakçılar elektrik enerjisi ilə işləyərkən təhlükəsizlik tədbirlərinin vacibliyini, mühafizə vasitələrinin düzgün istifadəsini və real hadisələr üzərindən öyrənilmiş dərsləri müzakirə etdilər.
Bu faydalı və maarifləndirici seminar üçün təlimçi Anar Hüseynova təşəkkür edirik!
Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙




November 06, 2025 - Paylaşdı: Admin