Azərbaycan Mühəndislər Birliyinin “Üzvlük Proqramı” çərçivəsində Elektrik Mühəndisliyi departamenti üzrə keçirilən “Elektrik avadanlıqları” adlı sertifikatlı seminar uğurla başa çatdı!
Seminar zamanı iştirakçılara elektrik avadanlıqlarının təyinatı və təsnifatı, sənaye müəssisələrində elektrik enerjisinin paylanması və idarə olunması, yüksək və orta gərginlikli açarlar, transformatorlar və paylayıcı qurğular haqqında ətraflı məlumat verildi. Həmçinin elektrik avadanlıqlarında keyfiyyətə nəzarət (QA/QC), yoxlanılma prosesləri, layihələrin idarə olunması və mühəndislik həlləri müzakirə edildi.
📌 Müzakirə olunan əsas mövzular:
🔹 Elektrik avadanlıqlarının təyinatı və təsnifatı
🔹 Sənaye müəssisələrində elektrik enerjisinin paylanması və idarə olunması
🔹 Yüksək və orta gərginlikli açarlar, transformatorlar və paylayıcı qurğular
🔹 Keyfiyyətə nəzarət (QA/QC) və elektrik avadanlıqlarının yoxlanılması prosesləri
🔹 Layihələrin idarə olunması və mühəndislik həlləri
💡 Seminar çərçivəsində interaktiv müzakirələr aparıldı, iştirakçıların sualları cavablandırıldı, nəzəri biliklərlə yanaşı, sahə üzrə peşəkar təcrübələrin paylaşılmasına şərait yaradıldı.
Bu dəyərli və peşəkar təqdimat, eləcə də öz bilik və təcrübələrini iştirakçılarla bölüşdükləri üçün təlimçimiz Yusif Rəcəbova təşəkkürümüzü bildiririk! 💙
Elanlarımızdan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!



November 17, 2026 - Paylaşdı: Admin