Azərbaycan Mühəndislər Birliyinin “FIELD TRIP” sessiyası “SOCAR Methanol” zavodunda uğurla başa çatdı!
Sessiya çərçivəsində iştirakçılar zavodun laboratoriyası ilə tanış oldular və burada keyfiyyətə nəzarət proseslərini yaxından izlədilər. Daha sonra metanol istehsal prosesi haqqında ətraflı məlumat verildi, iştirakçılar istehsalın əsas mərhələlərini və tətbiq olunan mühəndislik həllərini öyrəndilər.
Bundan əlavə, iştirakçılar texnoloji qurğular və təhlükəsizlik sistemləri ilə tanış oldular. Sonda emissiya və tullantıların idarə olunması mövzusunda təqdimat keçirildi.
Tədbirin təşkilinə verdiyi dəstəyə görə “SOCAR Methanol” zavoduna təşəkkür edirik!
Öyrənmək, inkişaf etmək və yeni biliklər əldə etmək üçün bizi izləməyə davam edin! 💙
July 15, 2025 - Paylaşdı: Admin