📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən təşkil olunan “Gələcəyin Mühəndisləri” adlı təqaüd proqramı çərçivəsində keçirilən “Elektrik Dövrələri və Onların Əsas Elementləri” təlimi uğurla başa çatdı!
Təlimdə iştirakçılar üçün aşağıdakı əsas mövzular haqqında ətraflı məlumat verildi:
📌 Elektrik sahəsi və onun təsirləri
📌 Gərginlik, cərəyan və müqavimət anlayışları
📌 Ohm və Kirxhoff qanunları
📌 AC və DC cərəyanların fərqləri
📌 Kondensator, induktor və rezistorların işləmə prinsipləri
📌 Sadə elektrik dövrlərinin qurulması və analiz edilməsi
Təlim müddətində bu mövzular izah edildi, gənclərin sualları cavablandırıldı.
Faydalı təlimə görə Orxan Mustafayevə təşəkkürümüzü bildiririk.
Elanlardan daha aktiv xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙



July 14, 2025 - Paylaşdı: Admin