📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən təşkil olunan “Gələcəyin Mühəndisləri” adlı təqaüd proqramı çərçivəsində keçirilən “Kimyada Xromatoqrafiya və Ayrılma Texnologiyaları” təlimi uğurla başa çatdı!
Təlimdə iştirakçılar üçün aşağıdakı əsas mövzular haqqında ətraflı məlumat verildi:
📌 Xromatoqrafiyanın əsas prinsipləri və tətbiq sahələri
📌 Ayrılma texnologiyalarında istifadə olunan üsullar: distillə, ekstraksiya, filtrasiya və kristallaşma
📌 Maddələrin qarışıqlardan ayrılması və təmizlənməsi prosesləri
📌 Analitik kimyada xromatoqrafiyanın rolu və üstünlükləri
📌 Laboratoriya şəraitində xromatoqrafik analiz nümunələri
Təlim müddətində bu mövzular izah edildi, gənclərin sualları cavablandırıldı.
Faydalı təlimə görə İlqar Quliyevə təşəkkürümüzü bildiririk.
Elanlardan daha aktiv xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙




July 15, 2025 - Paylaşdı: Admin