📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən təşkil olunan “Gələcəyin Mühəndisləri” adlı təqaüd proqramı çərçivəsində keçirilən “Qida Texnologiyaları və Emal Prosesləri” təlimi uğurla başa çatdı!
Təlimdə iştirakçılar üçün aşağıdakı əsas mövzular haqqında ətraflı məlumat verildi:
📌 Qida sənayesində tətbiq olunan əsas emal texnologiyaları
📌 İstilik, soyutma və dondurma prosesləri
📌 Qurutma, pasterizasiya və sterilizasiya üsulları
📌 Qida qatqıları və qoruyucu maddələrin tətbiqi
📌 Texnoloji xəttin təşkili və istehsal proseslərinin ardıcıllığı
Təlim müddətində bu mövzular izah edildi, gənclərin sualları cavablandırıldı.
Faydalı təlimə görə Elmir Həsənova təşəkkürümüzü bildiririk.
Elanlardan daha aktiv xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙


July 15, 2025 - Paylaşdı: Admin