[email protected] +994 99 303 07 01
September 21, 2025 - Paylaşdı: Admin

“Gələcəyin Mühəndisləri” təqaüd proqramı

🎓 “Gələcəyin Mühəndisləri” təqaüd proqramı uğurla başa çatdı!


Azərbaycan Mühəndislər Birliyi tərəfindən həyata keçirilən bu proqram mühəndislik sahəsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdu. Proqram çərçivəsində tələbələrə ixtisaslarını daha dərindən tanımaq və sevmək imkanı yaradıldı.


📚 2 ay davam edən proqramda iştirakçılar aşağıdakı 7 ixtisas üzrə tədris alıblar:

📌 Qida mühəndisliyi

📌 Neft-qaz mühəndisliyi

📌 Kimya mühəndisliyi (proses)

📌 Kimya mühəndisliyi (laboratoriya)

📌 Elektrik mühəndisliyi

📌 Ekologiya mühəndisliyi

📌 Proseslərin avtomatlaşdırılması mühəndisliyi


Bu 2 ay ərzində tələbələr ixtisasları haqqında əsas məlumatlar, bu sahənin alt istiqamətləri və gələcəkdə işləyə biləcəkləri yerlərlə tanış oldular. Həftəlik dərslər, maraqlı müzakirələr və sonda keçirilən imtahan sayəsində həm yeni biliklər öyrəndilər, həm də özlərini sınamaq imkanı qazandılar.


🏅 Sonda isə ən vacib an gəldi – proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olundu!


Elanlardan daha aktiv xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙