📣 “Gənc Mühəndis” təqaüd proqramına qeydiyyat başladı!
Azərbaycan Mühəndislər Birliyi tərəfindən təşkil olunan bu təqaüd proqramı mühəndislik sahəsində təhsil alan bakalavr 3-4, Magistr tələbələri və son 3 ildə məzun olanlar üçün nəzərdən tutulmuşdur.
📌Proqramın məqsədi: Karyerasına yeni başlamaq istəyənlərə təcrübə proqramlarına və iş müsahibələrinə hazır olmaqda dəstək göstərməkdir.
📌Proqram çərçivəsində proqrama seçilənlərə 2 ay müddətində ixtisasları üzrə kurs keçiriləcək. Dərslər həftədə 2 dəfə (şənbə günü və bazar günləri) baş tutacaqdır. Kursun sonunda yekun imtahan keçiriləcək, imtahan nəticəsinə əsasən iştirakçılara diplom və sertifikatlar təqdim olunacaqdır.
📌Proqramın əhatə etdiyi sahələr
🔹 Neft-qaz mühəndisliyi
🔹 Kimya mühəndisliyi (Proses mühəndisliyi)
🔹 Kimya (Laboratoriya)
🔹 Ekologiya mühəndisliyi
🔹 Elektrik və Energetika mühəndisliyi
🔹 Proseslərin avtomatlaşdırılması mühəndisliyi (Mexatronika və Robototexnika mühəndisliyi)
🔹 Mexanika mühəndisliyi (Maşın mühəndisliyi)
🔹 Geologiya və Geofizika mühəndisliyi
💡 Qəbul 2 mərhələdə aparılacaq:
1) Qeydiyyat prosesi;
2) Qəbul imtahanı (İxtisas üzrə baza bilikləri).
✅1-ci mərhələ üzrə qeydiyyatdan keçmiş uyğun namizədlər 2-ci mərhələ üzrə qəbul imtahanına dəvət olunacaqlar.
✅2-ci mərhələdə hər ixtisas üzrə ən çox bal yığmış 20 tələbə proqramda iştirak haqqı qazanacaq.
✅İmtahan nəticəsinə əsasən hər ixtisas üzrə:
📌1-ci yer 100% təqaüd,
📌2,3-cü yerlər 90% təqaüd
📌4-10-cu yerlər 70% təqaüd
📌11-20-ci yerlər 50% təqaüd qazanacaqlar
⏳️ Son qeydiyyat tarixi: 22 oktyabr, 22:00
🔗Qeydiyyat linki: https://forms.gle/2MKS17rdz8UF9Hag8
Qeydiyyatdan keçməyə tələsin!
November 03, 2025 - Paylaşdı: Admin