Azərbaycan Mühəndislər Birliyinin “Üzvlük Proqramı” çərçivəsində Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə keçirilən “Hündürlükdə işləmə və düşən obyektlər" seminarı uğurla başa çatdı!
Seminar zamanı iştirakçılara hündürlükdə işlərin təhlükəsiz təşkili və idarə edilməsi, hündürlükdə işləyərkən əməl edilməli olan təhlükəsizlik qaydaları, fərdi mühafizə vasitələrinin düzgün seçilməsi və istifadəsi, eləcə də düşən obyektlərin yaratdığı təhlükələr və risklərin idarə olunması haqqında ətraflı məlumat verildi.
📌 Müzakirə olunan əsas mövzular:
🔹 Hündürlükdə işlərin təhlükəsiz təşkili və idarə edilməsi
🔹 Hündürlükdə işləyən işçilərə dair tələblər və təhlükəsizlik qaydaları
🔹 Fərdi mühafizə vasitələrinin düzgün seçilməsi və istifadəsi
🔹 Hündürlükdən yıxılma riskləri və onların qarşısının alınması
🔹 Düşən obyektlərin yaratdığı təhlükələr və risklərin idarə edilməsi
🔹 Taxtabənd, nərdivan və mobil qaldırıcı platformalardan təhlükəsiz istifadə
🔹 Yıxılmaya qarşı mühafizə sistemləri və təhlükəsiz anker nöqtələri
🔹 Hündürlükdə qəza və bədbəxt hadisələrin qarşısının alınması
🔹 Fövqəladə hallar zamanı xilasetmə və təxliyyə qaydaları
🔹 SƏTƏM tələbləri və təhlükəsiz iş prinsipləri
💡 Seminar çərçivəsində interaktiv müzakirələr aparıldı, iştirakçıların sualları cavablandırıldı və mövzu ilə bağlı bilik və təcrübə mübadiləsi həyata keçirildi.
Bu dəyərli və peşəkar təqdimat üçün təlimçimiz Fuad Hüseynliyə təşəkkür edirik! 💙
Elanlarımızdan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!


November 15, 2026 - Paylaşdı: Admin