Azərbaycan Mühəndislər Birliyinin “Üzvlük Proqramı” çərçivəsində Qida mühəndisliyi üzrə keçirilən “ISO 22000 və HACCP Sistemlərinin Qurulması” seminarı uğurla başa çatdı!
Seminar zamanı iştirakçılar qida təhlükəsizliyinin əsas prinsipləri, təhlükələrin analizi, kritik nəzarət nöqtələrinin müəyyən edilməsi və beynəlxalq standartlara uyğun sistemlərin qurulması üçün istifadə olunan metodlar haqqında ətraflı məlumat əldə etdilər.
📌 Müzakirə olunan əsas mövzular:
🔹 ISO 22000 standartının əsas prinsipləri və tələbləri
🔹 HACCP sisteminin 7 əsas prinsipi və tətbiq mərhələləri
🔹 Kritik Nəzarət Nöqtələrinin (CCP) müəyyən edilməsi və monitorinqi
🔹 İlkin Şərt Proqramları (PRP) və gigiyena standartları
🔹 Qida təhlükəsizliyi risklərinin təhlili və sənədləşdirmə prosesi
💡 Seminar çərçivəsində interaktiv müzakirələr aparıldı, iştirakçıların sualları cavablandırıldı və mövzu ilə bağlı bilik və təcrübə mübadiləsi həyata keçirildi.
Bu dəyərli və peşəkar təqdimat üçün təlimçimiz Elmir Həsənova təşəkkür edirik! 💙
Elanlarımızdan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!


November 27, 2026 - Paylaşdı: Admin