[email protected] +994 99 303 07 01
November 26, 2025 - Paylaşdı: Admin

“Keyfiyyətin idarə olunması” təlimi uğurla baş tutdu!

📢 Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi Üzvlük Proqramı çərçivəsində keçirilən “Keyfiyyətin idarə olunması” təlimi uğurla baş tutdu!


Təlim zamanı iştirakçılar ISO 9001:2015 standartı üzrə əsas anlayışlar, standartın strukturu, tətbiq sahələri, PDCA modelini, eləcə də keyfiyyət idarəetmə prinsiplərinin praktiki  tətbiqi ilə bağlı fundamental biliklərlə təmin olundular. 


📍 Təlimin əsas mövzuları:

🔹 ISO 9001:2015 standartının mahiyyəti və tətbiq sahələri

🔹 ISO 9001:2015 standartının revizə prosesi

🔹ISO 9001:2015 Keyfiyyət idarəetmə standartının faydaları

🔹 PDCA modelinin keyfiyyət idarəetməsində tətbiqi

🔹 ISO 9001:2015-in əsas standart maddələri və keyfiyyət idarəetmə prinsipləri


Təlim zamanı iştirakçıların sualları cavablandırıldı və real təcrübələr əsasında faydalı müzakirələr aparıldı.


Bu dəyərli təlim üçün Leyla Xəlilzadəyə və İsrafil Hüseynova təşəkkür edirik! 


Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙