Azərbaycan Mühəndislər Birliyinin “Üzvlük Proqramı” çərçivəsində Kimya Laboratoriya Departamenti tərəfindən “Laboratoriya sahəsində əməyin təhlükəsizliyi və avadanlıqlardan təhlükəsiz istifadə qaydaları” mövzusunda keçirilən seminar uğurla başa çatdı!
Seminar zamanı iştirakçılara laboratoriya şəraitində əməyin mühafizəsi, təhlükəsizlik qaydalarına riayət olunması, laboratoriya avadanlıqlarından düzgün və təhlükəsiz istifadə, kimyəvi maddələrlə işləyərkən diqqət edilməli məqamlar və mümkün risklərin qarşısının alınması haqqında ətraflı məlumat verildi.
📌 Müzakirə olunan əsas mövzular:
🔹 Laboratoriyada əməyin mühafizəsi və təhlükəsizlik qaydaları
🔹 Fərdi mühafizə vasitələrinin düzgün istifadəsi
🔹 Laboratoriya avadanlıqlarından təhlükəsiz istifadə qaydaları
🔹 Kimyəvi maddələrlə işləyərkən təhlükəsizlik tədbirləri
🔹 Fövqəladə hallarda davranış qaydaları və risklərin idarə edilməsi
💡 Seminar çərçivəsində interaktiv müzakirələr aparıldı, iştirakçıların sualları cavablandırıldı və mövzu ilə bağlı bilik və təcrübə mübadiləsi həyata keçirildi.
Bu dəyərli və peşəkar təqdimat üçün təlimçimizə təşəkkür edirik! 💙
Elanlarımızdan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!


November 27, 2026 - Paylaşdı: Admin