[email protected] +994 99 303 07 01
July 14, 2025 - Paylaşdı: Admin

“Neft-Qaz Geologiyası” təlimi uğurla başa çatdı!

Azərbaycan Mühəndislər Birliyi tərəfindən təşkil olunan “Gələcəyin Mühəndisləri” adlı təqaüd proqramı çərçivəsində keçirilən “Neft-Qaz Geologiyası” təlimi uğurla başa çatdı!

Təlimdə iştirakçılar üçün aşağıdakı əsas mövzular haqqında ətraflı məlumat verildi:
📌 Neft və qaz yataqlarının işlənilməsinə qədər aparılan geoloji-geofiziki tədqiqatlar
📌 Yataqların geoloji quruluşunun dəqiqləşdirilməsi
📌 Qırılmaların xüsusiyyətlərinin öyrənilməsi
📌 Lay süxurlarının litoloji göstəricilərinin təhlili
📌 Məsaməliliyin təyini və onun əhəmiyyəti
📌 Süni təsir üsulları ilə yataqların işlənilməsi

Təlim müddətində bu mövzular izah edildi, gənclərin sualları cavablandırıldı.

Faydalı təlimə görə Qalib Muradova təşəkkürümüzü bildiririk.

Elanlardan daha aktiv xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙