📢 Azərbaycan Mühəndislər Birliyinin Üzvlük Proqramı çərçivəsində keçirilən “Neft emalı prosesində qəza halları və onların qarşısının alınması üçün önləyici tədbirlər” mövzusunda seminar uğurla başa çatdı!
Seminar Musa Fərəcovun təqdimatında baş tutdu və iştirakçılara neft emalı qurğularında baş verə biləcək qəza riskləri, onların səbəbləri və qarşısının alınması üsulları barədə həm nəzəri, həm də praktik biliklər təqdim olundu.
📌 Seminarın əsas mövzuları:
🔹 Neft emalı qurğularında qəza risklərinin növləri
🔹 Partlayış, yanğın və texnoloji nasazlıqların səbəbləri
🔹 Proses təhlükəsizliyi və risk analizi metodları
🔹 Qabaqlayıcı texniki və təşkilati tədbirlər
🔹 Real istehsalat nümunələri və praktik yanaşmalar
🔹 Suallar və müzakirə sessiyası
Seminar çərçivəsində iştirakçılar nəzəri biliklərlə yanaşı, real sənaye təcrübəsinə əsaslanan nümunələr üzərində müzakirələr apararaq mövzunu daha dərindən mənimsədilər və proses təhlükəsizliyinin əhəmiyyəti barədə geniş məlumat əldə etdilər.
Bu faydalı və maarifləndirici seminar üçün təlimçi Musa Fərəcova təşəkkürümüzü bildiririk!
Elanlardan daha tez xəbərdar olmaq üçün səhifəmizi izləməyi və rəsmi WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙
March 05, 2026 - Paylaşdı: Admin