[email protected] +994 99 303 07 01
November 27, 2026 - Paylaşdı: Admin

“Planlamanın əsasları” seminarı uğurla başa çatdı!

Azərbaycan Mühəndislər Birliyinin “Üzvlük Proqramı” çərçivəsində İnşaat mühəndisliyi üzrə keçirilən “Planlamanın əsasları” seminarı uğurla başa çatdı!

Seminar zamanı iştirakçılar layihə planlamasının əsas prinsipləri, iş qrafiklərinin hazırlanması, resursların düzgün bölüşdürülməsi və tikinti layihələrinin vaxtında icrası üçün istifadə olunan planlama metodları haqqında ətraflı məlumat əldə etdilər.

📌 Müzakirə olunan əsas mövzular:
🔹 Layihə planlamasının əsas prinsipləri və mərhələləri
🔹 Primavera P6 və MS Project proqramlarının tətbiqi
🔹 İş qrafiklərinin hazırlanması və idarə olunması
🔹 Resurs, işçi qüvvəsi və material planlaması
🔹 Layihələrdə gecikmələrin təhlili və risklərin idarə olunması

💡 Seminar çərçivəsində interaktiv müzakirələr aparıldı, iştirakçıların sualları cavablandırıldı və mövzu ilə bağlı bilik və təcrübə mübadiləsi həyata keçirildi.

Bu dəyərli və peşəkar təqdimat üçün təlimçimiz Ruslan Nəzərova təşəkkür edirik! 💙

Elanlarımızdan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!