[email protected] +994 99 303 07 01
November 06, 2025 - Paylaşdı: Admin

“Proseslərin Avtomatlaşdırılması mühəndisliyi” üzrə ONLINE seminar uğurla başa çatdı.

Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi Üzvlük Proqramı çərçivəsində “Proseslərin Avtomatlaşdırılması mühəndisliyi” üzrə ONLINE seminar uğurla başa çatdı.

Seminar təlimçi Qurban Aslanovun təqdimatında keçirildi və iştirakçılara müasir sənayedə ağıllı ölçmə və idarəetmə sistemləri haqqında həm nəzəri, həm də praktiki biliklər qazandırıldı.

📍 Seminarın əsas mövzuları:
1) Field instrumentlərin kalibrasiyası
2) Avadanlıqların inspection və loop check prosesləri
3) Function test metodları
4) Cihazların baxımı və texniki xidməti (maintenance)

Seminar zamanı iştirakçıların sualları cavablandırıldı, müzakirələr aparıldı və praktiki biliklər möhkəmləndirildi.

Bu dəyərli seminar üçün təlimçi Qurban Aslanova təşəkkür edirik! 💙

Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!