📢 Azərbaycan Mühəndislər Birliyinin Üzvlük Proqramı çərçivəsində “RodPump Simulation” mövzusunda seminar uğurla başa çatdı!
Seminar Məhəmməd Camalbəyovun təqdimatında baş tutdu və iştirakçılara neft hasilatında geniş istifadə olunan ştanqlı nasos sistemlərinin (Rod Pump) iş prinsipi, optimallaşdırılması və simulyasiya üsulları barədə həm nəzəri, həm də praktik biliklər təqdim olundu.
📌 Seminarın əsas mövzuları:
🔹 Rod Pump sisteminin iş prinsipi və əsas komponentləri
🔹 Ştanqlı nasos sistemlərində məhsuldarlığın hesablanması
🔹 Simulyasiya proqramlarında model qurulması
🔹 Quyularda problemlərin aşkarlanması və analiz üsulları
🔹 Effektiv istismar və optimallaşdırma yanaşmaları
🔹 Real nümunələr və praktik tətbiqlər
Seminar çərçivəsində iştirakçılar nəzəri biliklərlə yanaşı, real sənaye təcrübələrinə əsaslanan nümunələr üzərində işləyərək mövzunu daha dərindən mənimsədilər.
Bu faydalı və maarifləndirici seminar üçün təlimçi Məhəmməd Camalbəyova təşəkkürümüzü bildiririk!
Elanlardan daha tez xəbərdar olmaq üçün səhifəmizi izləməyi və rəsmi WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙



March 05, 2026 - Paylaşdı: Admin