Azərbaycan Mühəndislər Birliyinin “Üzvlük Proqramı” çərçivəsində neft-qaz mühəndisliyi üzrə keçirilən “Sementləmə əməliyyatları” seminarı uğurla başa çatdı!
Seminar zamanı iştirakçılara quyuların sementlənməsi prosesinin əsas prinsipləri, sementləmə əməliyyatlarının texnologiyası, istifadə olunan material və avadanlıqlar, eləcə də əməliyyatların effektivliyinə təsir edən amillər haqqında ətraflı məlumat verildi.
📌 Müzakirə olunan əsas mövzular:
🔹 Quyuların sementlənməsinin məqsədi və əsas prinsipləri
🔹 Sementləmə məhlullarının tərkibi və xüsusiyyətləri
🔹 Sementləmə əməliyyatlarının texnologiyası və mərhələləri
🔹 Sementləmə zamanı istifadə olunan avadanlıqlar
🔹 Sementləmə prosesində qarşıya çıxan çətinliklər və onların həlli yolları
🔹 Sementləmə keyfiyyətinə nəzarət və əməliyyatların effektivliyinin qiymətləndirilməsi
💡 Seminar çərçivəsində interaktiv müzakirələr aparıldı, iştirakçıların sualları cavablandırıldı və mövzu ilə bağlı bilik və təcrübə mübadiləsi həyata keçirildi.
Bu dəyərli və peşəkar təqdimat üçün təlimçimiz mühəndis Muxtar Səfərova təşəkkür edirik! 💙
Elanlarımızdan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!



November 15, 2026 - Paylaşdı: Admin