Azərbaycan Mühəndislər Birliyinin “Üzvlük Proqramı” çərçivəsində Proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə keçirilən “Texnoloji Proseslərin İdarə Edilməsinin Təşkili (Ümumi baxış)” seminarı uğurla başa çatdı!
Seminar zamanı iştirakçılara avtomatik idarəetmə sistemlərinə ümumi baxış, sahə ölçü cihazları, siqnallar və instrument kabelləri, birləşdirici qutular və marşallinq kabinetləri, PLC, DCS və ESD idarəetmə sistemləri, idarəetmə və qəza dayandırma klapanları, eləcə də idarəetmə dövrəsinin iş prinsipi haqqında ətraflı məlumat verildi.
📌 Müzakirə olunan əsas mövzular:
🔹 *Avtomatik idarəetmə sistemlərinə ümumi baxış* – Texnoloji proseslərdə ölçmə, nəzarət və idarəetmənin təşkili.
🔹 *Sahə ölçü cihazları (Field Instruments)* – Təzyiq (PT), temperatur (TT), sərf (FT), səviyyə (LT) və digər cihazların təyinatı və tətbiqi.
🔹 *Siqnallar və instrument kabelləri* – Analoq və rəqəmsal siqnallar, 4–20 mA siqnalı, kabel növləri və DCS/ESD sistemləri üçün kabel seçimi və ayrılma prinsipləri.
🔹 *İdarəetmə sistemləri (PLC, DCS, ESD)* – Sistemlərin təyinatı, arxitekturası, funksional ayrılması və giriş-çıxış (I/O) modullarının iş prinsipi.
🔹 *İdarəetmə və qəza dayandırma klapanları* – Control Valve, SDV/ESDV, aktuatorlar, pozisionerlər, solenoid klapanlar və aralıq relelərin (Interposing Relay) tətbiqi.
🔹 *İdarəetmə dövrəsinin (Control Loop) iş prinsipi* – Sahə ölçü cihazından başlayaraq kabel, JB, marşallinq, I/O modulu və idarəetmə sistemi vasitəsilə icra mexanizminə qədər tam siqnal yolunun izahı.
💡 Seminar çərçivəsində interaktiv müzakirələr aparıldı, iştirakçıların sualları cavablandırıldı və mövzu ilə bağlı bilik və təcrübə mübadiləsi həyata keçirildi.
Bu dəyərli və peşəkar təqdimat üçün təlimçimiz Orxan Həmidli bəyə təşəkkür edirik! 💙
Elanlarımızdan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!



November 27, 2026 - Paylaşdı: Admin