📢 Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi Üzvlük Proqramı çərçivəsində 1 noyabr 2025-ci il tarixində “İctimai iaşə müəssisələrində kritik nəzarət nöqtələrinin idarə olunması” adlı seminar uğurla başa çatdı!
Seminar Zivər Əkbərova təqdimatında keçirildi və iştirakçılara qida təhlükəsizliyi sahəsində həm nəzəri, həm də praktiki biliklər qazandırıldı.
📍 Seminarın əsas mövzuları:
🔹 Qida təhlükəsizliyi sistemlərinin əhəmiyyəti
🔹 HACCP prinsiplərinin tətbiqi
🔹 Kritik nəzarət nöqtələrinin müəyyənləşdirilməsi
🔹 Risklərin qiymətləndirilməsi və idarə olunması
🔹 Praktiki nümunələr əsasında təhlil
🔹 Qida müəssisələrində monitorinq və sənədləşmə
Seminar zamanı iştirakçılarla interaktiv müzakirələr aparıldı, real situasiyalar üzərində təcrübə paylaşımı oldu və nəzəri biliklər praktik bacarıqlarla möhkəmləndirildi.
Bu faydalı və maarifləndirici seminar üçün Zivər Əkbərova dərin təşəkkürümüzü bildiririk!
Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!💙



November 06, 2025 - Paylaşdı: Admin