📢 Azərbaycan Mühəndislər Birliyinin Üzvlük Proqramı çərçivəsində 20 və 21 dekabr 2025-ci il tarixində “HACCP-a giriş ” adlı təlim uğurla keçirildi!
Təlim Elvin Sadıqovun təqdimatında baş tutdu və iştirakçılara qida təhlükəsizliyi sistemlərinin əsasını təşkil edən HACCP (Hazard Analysis and Critical Control Points) yanaşması üzrə həm nəzəri, həm də praktiki biliklər təqdim olundu.
📍 Təlimin əsas mövzuları:
🔹 HACCP sisteminə giriş və məqsədi
🔹 Qida təhlükəsizliyi və HACCP-in əhəmiyyəti
🔹 Təhlükə anlayışı: bioloji, kimyəvi və fiziki risklər
🔹 HACCP-in 7 əsas prinsipi
🔹 Kritik Nəzarət Nöqtələrinin (CCP) müəyyənləşdirilməsi
🔹 Monitorinq, korrektiv tədbirlər və sənədləşmə
🔹 Real istehsalat nümunələri əsasında praktiki izahlar
Təlim çərçivəsində iştirakçılar nəzəri biliklərlə yanaşı, real praktik situasiyalar üzərində işləyərək mövzunu daha dərindən mənimsədilər.
Bu faydalı və maarifləndirici təlim üçün Elvin Sadıqova təşəkkürümüzü bildiririk!
Elanlardan daha tez xəbərdar olmaq üçün səhifəmizi izləməyi və rəsmi Whatsapp/Telegram qruplarımıza qoşulmağı unutmayın!💙



January 03, 2026 - Paylaşdı: Admin