📢 Azərbaycan Mühəndislər Birliyinin 2025-ci ilin birinci yarımilliyi üzrə ümumi hesabatını təqdim edirik.
Son 6 ay ərzində təşkilatımız tərəfindən həyata keçirilən müxtəlif layihələrə ümumilikdə 3050-dən çox iştirakçı cəlb edilmişdir. Bu dövrdə maarifləndirmə və inkişaf yönümlü tədbirlərlə gənclərin mühəndislik sahəsində bilik və bacarıqlarının artırılmasına töhfə verilib.
Azərbaycan Mühəndislər Birliyi olaraq bu 6 ay ərzində müxtəlif mövzular və ixtisaslar üzrə:
📌 20 təlim və seminar (müxtəlif mühəndislik sahəsində);
📌 3 kurs (müxtəlif mühəndislik sahəsində);
📌 4 texniki gəzinti (SOCAR Methanol, NORM, A+CO və Port of Baku);
📌 Könüllülük Proqramı;
📌 “Gələcəyin Mühəndisləri” Təqaüd Proqramı (7 ixtisas üzrə təşkil edilmiş 2 aylıq kurs);
Birliyin fəaliyyətlərində iştirak edən, bu imkanlardan yararlanan və başqalarını da təşviq edən bütün gənclərə təşəkkür edirik.
Həmçinin, göstərilən fəaliyyətlərin həyata keçirilməsində əməkdaşlıq edən və gənclərin inkişafına dəstək verən mühəndislərə təşəkkürümüzü bildiririk.💙
September 21, 2025 - Paylaşdı: Admin