📢 Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı ilə 22 noyabr 2025-ci il tarixində “Qida məhsullarının konservasiyası və istehsalat avadanlıqları ilə tanışlıq” adlı seminar uğurla başa çatdı!
Seminar Kamal Mehdiyevin təqdimatında keçirildi və iştirakçılara qida sənayesində konservasiya prosesləri və istehsalat avadanlıqlarının tətbiqi üzrə həm nəzəri, həm də praktiki biliklər qazandırıldı.
📍 Seminarın əsas mövzuları:
🔹 Qida məhsullarının konservasiyasının müasir üsulları
🔹 İstehsalat avadanlıqlarının növləri və iş prinsipləri
🔹 Emal proseslərində təhlükəsizlik və keyfiyyət tələbləri
🔹 Əməli nümunələr əsasında avadanlıqlarla tanışlıq
🔹 Praktiki tətbiqlər və real istehsal proseslərinin təhlili
Seminar zamanı iştirakçılarla interaktiv sual-cavab sessiyaları keçirildi və nəzəri biliklər real praktiki nümunələrlə möhkəmləndirildi.
Bu faydalı və maarifləndirici seminar üçün Kamal Mehdiyevə xüsusi təşəkkürümüzü bildiririk!
Elanlardan daha tez xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙


November 26, 2025 - Paylaşdı: Admin