29 oktyabr tarixində Azərbaycan Mühəndislər Birliyi və AMEA Neft və Qaz İnstitutunun birgə təşkilatçılığı ilə tələbələr üçün seminar keçirildi.
Neft-Qaz yataqlarının işlənməsi mövzusunda olan bu seminarda SOCAR (“Azneft” İB) şirkətində geoloq, Azərbaycan Mühəndislər Birliyinin Geologiya və Geofizika departamentinin rəhbəri kimi fəaliyyət göstərən Qalib Muradov çıxış etmişdir. O, seminarda neft- qaz yataqlarının işlənilmə sistemlərindən, laya neftvermənin sabit saxlanması üçün süni təsir üsulları haqqında məsələləri danışdı.
Seminarda institutunun elmi işlər üzrə direktor müavini, g.-m.e.d., prof. Vaqif Qurbanov və şöbə müdiri Fəxrəddin Kərimov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pünhan Səmədli və digər şəxslər iştirak etmişdir.
September 16, 2023 - Paylaşdı: Admin