📢 Azərbaycan Mühəndislər Birliyinin Üzvlük Proqramı çərçivəsində 29 noyabr 2025-ci il tarixində “Qida sənayesində risklərin idarə olunması və Risk Matrisi ilə qiymətləndirilməsi” adlı seminar uğurla keçirildi!
Seminar Əliyar Ələsgərlinin təqdimatında baş tutdu və iştirakçılara qida sənayesində risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması üzrə həm nəzəri, həm də praktiki biliklər təqdim olundu.
📍 Seminarın əsas mövzuları:
🔹 Qida sənayesində risk anlayışı və risklərin kateqoriyaları
🔹 Risk Matrisi (Risk Matrix) və qiymətləndirmə metodologiyası
🔹 İstehsalat proseslərində potensial risklərin müəyyənləşdirilməsi
🔹 Risklərin qiymətləndirilməsi və prioritetləşdirilməsi
🔹 Risklərin idarəetmə strategiyaları
🔹 Real istehsalat nümunələri əsasında praktiki analiz
Seminar çərçivəsində iştirakçılar nəzəri biliklərlə yanaşı, real praktiki situasiyalar üzərində işləyərək mövzunu daha dərindən mənimsədilər.
Bu faydalı və maarifləndirici seminar üçün Əliyar Ələsgərliyə təşəkkürümüzü bildiririk!
Elanlardan daha tez xəbərdar olmaq üçün səhifəmizi izləməyi və rəsmi WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙


December 03, 2025 - Paylaşdı: Admin