🎓 ADNSU/UFAZ Karyera Sərgisi: Təhsil, Təcrübə və İş İmkanları!
📅 Noyabrın 28-də @ufaz.university keçiriləcək Karyera Sərgisində iştirakçıları bir sıra məlumat sessiyaları gözləyir.
⸻
1-ci sessiya: UFAZ-ın magistratura ixtisasları 🎓
🎯 Tədbirdə sonuncu kurs tələbələri üçün “Data elmi və süni intellekt”, “Su ehtiyatlarının idarəedilməsi”, “Fiziki kimya/Kimya mühəndisliyi” və “Yer elmləri” ixtisasları ilə bağlı təqdimat baş tutacaq.
📜 UFAZ-ın təklif etdiyi iki dövlət diplomu (Azərbaycan və Fransa), beynəlxalq akademik heyətin tədris etdiyi və saat 17:00-da başlanan dərslər, ingilis dilində tədris, laboratoriyalarda praktika, Fransada tədqiqat imkanı, ödənişsiz təhsil və digər fürsətlər barəsində ətraflı məlumat veriləcək.
📅 Tarix: 28 noyabr
⏰ Saat: 15:30-16:00
📍 Məkan: UFAZ, 102-ci otaq
⸻
2-ci sessiya: AZCON Holding; “Rəqəmsal Körpü” təcrübə proqramı 💼
ℹ️ Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi və “AZCON Holding”in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən təcrübə proqramı barəsində məlumat sessiyası baş tutacaq.
💻 İKT sahəsində təhsil alan sonuncu kurs tələbələrinin akademik biliklərini real iş mühitində tətbiqi imkanları müzakirə olunacaq.
⭐ İştirakçılar proqramın vəd etdiyi üstünlüklər, seçim mərhələləri və müraciət qaydaları ilə tanış olacaqlar.
📅 Tarix: 28 noyabr
⏰ Saat: 16:30-17:30
📍 Məkan: UFAZ, 102-ci otaq
🔗 Qeydiyyat linki: https://forms.gle/Lra5nsJgZ2LsdTpMA
November 26, 2025 - Paylaşdı: Admin