[email protected] +994 99 303 07 01
January 03, 2026 - Paylaşdı: Admin

Avtomatika üzrə SERTİFİKATLI OFFLINE seminar uğurla başa çatdı!

📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən Avtomatika üzrə SERTİFİKATLI OFFLINE seminar uğurla başa çatdı!

Təlimçi Emin Allahverdi “Avtomatika sahəsində texniki nasazlıqların aradan qaldırılması metodları” mövzusu üzrə öz praktiki təcrübəsini iştirakçılarla bölüşdü. Seminar çərçivəsində avtomatika sistemlərində yaranan nasazlıqların aşkarlanması, diaqnostikası və onların effektiv şəkildə aradan qaldırılması üzrə praktik yanaşmalar təqdim olundu.

📍 Seminarın əsas mövzuları:
1️⃣ Texniki nasazlıqların aradan qaldırılması metodları
2️⃣ Avtomatika sistemlərində diaqnostika prinsipləri
3️⃣ Mühəndislər üçün tələb olunan əsas bacarıqlar

Seminar zamanı iştirakçıların sualları cavablandırıldı, real texniki nümunələr üzərində müzakirələr aparıldı və praktiki biliklər möhkəmləndirildi.

Bu dəyərli seminar üçün təlimçi Emin Allahverdiyə təşəkkür edirik! 💙

Yeni seminar və təlimlərdən xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!