📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən Avtomatika üzrə SERTİFİKATLI OFFLINE seminar uğurla başa çatdı!
Təlimçi İsmayıl Adiyev “Enerji İstehsalında Nəzarət Ölçü Cihazları və Avtomatika” mövzusu üzrə öz bilik və təcrübəsini iştirakçılarla bölüşdü. Seminar çərçivəsində enerji istehsalı proseslərində istifadə olunan nəzarət-ölçü cihazları və avtomatika sistemləri haqqında geniş məlumat verildi, həmçinin sahədə tətbiq olunan praktiki yanaşmalar müzakirə edildi.
📍 Seminarın əsas mövzuları:
1️⃣ Enerji istehsalında istifadə olunan nəzarət-ölçü cihazları və avtomatika sistemləri
2️⃣ Texnoloji prosesə ümumi baxış və P&ID oxunuşu
3️⃣ Sahə cihazlarının düzgün seçimi və tətbiqi
4️⃣ İdarəetmə sistemləri və mühafizə məntiqləri
Seminar zamanı iştirakçıların sualları cavablandırıldı, real sənaye nümunələri üzərində müzakirələr aparıldı və mövzu üzrə praktiki biliklər möhkəmləndirildi.
📅 Seminar 9 mart tarixində, saat 17:00-da AZMİİB Coworking Center-də keçirilib.
Bu dəyərli seminar üçün təlimçi İsmayıl Adiyevə təşəkkür edirik! 💙
Yeni seminar və təlimlərdən xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp / Telegram qruplarımıza qoşulmağı unutmayın! 🚀



March 12, 2026 - Paylaşdı: Admin