📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən Avtomatika üzrə SERTİFİKATLI OFFLINE təlim uğurla başa çatdı!
Təlimçi Tərlan Vəliyev “VFD-lərin iş prinsipi və PLC vasitəsilə idarə olunması” mövzusu üzrə öz praktiki təcrübəsini iştirakçılarla bölüşdü. Təlim boyunca sənaye avtomatikasında geniş tətbiq olunan idarəetmə sistemləri barədə həm nəzəri məlumat, həm də real avadanlıqlar üzərində praktiki bacarıqlar təqdim olundu.
📍 Təlimin əsas mövzuları:
1️⃣ VFD-lərin iş prinsipi və tətbiq sahələri
2️⃣ PLC nədir? Sənaye avtomatikasında rolu
3️⃣ AC motorların işə salınma üsulları
4️⃣ PLC vasitəsilə VFD-lərin dövrəyə alınması
5️⃣ PLC–VFD proqramlama metodları
Təlim zamanı iştirakçıların sualları cavablandırıldı, praktiki nümunələr izah edildi və real sənaye avadanlıqları üzərində tətbiqlər nümayiş etdirildi.
Bu dəyərli təcrübəni paylaşdığı üçün təlimçi Tərlan Vəliyevə təşəkkür edirik! 💙
Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!



January 03, 2026 - Paylaşdı: Admin