Azərbaycan Mühəndislər Birliyi tərəfindən təşkil olunan “Hadisələrin Məruzə Edilməsi və Təhqiqatı” online təlimi uğurla başa çatdı!
Təlimdə iştirakçılar üçün aşağıdakı əsas mövzular haqqında ətraflı məlumat verildi:
📌 Qəza və xoşagəlməz hadisələrin tədqiqatı nə üçün və nə vaxt aparılır?
📌 Hansı hallar bədbəxt hadisə kimi uçota alınmır?
📌 Kimi və haranı xəbərdar etmək lazımdır?
📌 Hadisənin Növləri
📌 Tədqiqatın əsas faydaları
📌 Qəza və xoşagəlməz hadisələr necə baş verir və səbəbləri
📌 Tədqiqat necə və kim tərəfindən aparılmalıdır?
📌 Tədqiqat prosesi
Təlim müddətində bu mövzular izah edildi, gənclərin sualları cavablandırıldı.
Faydalı təlimə görə Röyal Aslana təşəkkürümüzü bildiririk.
Elanlardan daha aktiv xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙
September 20, 2025 - Paylaşdı: Admin