📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən tələbələr üçün SLB şirkətinə texniki gəzinti təşkil olunub!
Gəzinti mühəndisin təqdimatı ilə başlayıb, iştirakçılara SLB-nin fəaliyyəti və texnologiyaları haqqında məlumat verilib. Ardınca laboratoriyaya keçilərək burada mütəxəssis tərəfindən avadanlıqlar və onların funksiyaları izah edilib.
Daha sonra sementləmə emalatxanaları ziyarət olunub və tələbələr real iş mühiti ilə yaxından tanış olublar. Gəzinti nahar fasiləsi ilə yekunlaşıb.
Bu cür səfərlər tələbələrə mühəndislik sahəsində praktiki biliklər qazandırmaq baxımından olduqca faydalıdır.
SLB komandasına təşkilati dəstəyə görə təşəkkür edirik!💙
September 21, 2025 - Paylaşdı: Admin