[email protected] +994 99 303 07 01
November 11, 2025 - Paylaşdı: Admin

Azərbaycan Mühəndislər Birliyi tərəfindən yeni Field Trip!

📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən yeni Field Trip!


Bu dəfə səyahət edəcəyimiz müəssəsə "Azərbaycan Dəmir Yolları" QSC Elektrik təchizatı xidmətinin 7 nömrəli Ucar elektrik təchizatı sahəsinin Dəyişən cərəyanlı Ləki dartı yarımstansiyası olacaq


Bu ziyarət zamanı iştirakçılar əvvəlcə yarımstansiya ilə tanış olacaq, yarımstansiyanın iş prinsipi, elektrik enerjisinin dəyişən cərəyanla dartı sisteminə ötürülməsi və paylanması prosesi, transformator və muhafizə avadanlıqlarının fəaliyyəti, rele və avtomatika sistemlərinin rolu, həmçinin elektrik təchizatında təhlükəsizlik və idarəetmə mexanizmləri ilə tanış olacaqlar.


📆 Tarix və saat: 12 noyabr, 07:00-17:00

📍Məkan: Ucar


❗Texniki gezinti Azərbaycan Mühəndislər Birliyinin Elektrik mühəndisliyi departamentinin üzvləri üçün nəzərdə tutulub. Seçim motivasiya məktubu əsasında aparılacaq.


Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!💙