🎓 Azərbaycan Mühəndislər Birliyinin Baş Katibi İsrafil Əhmədov, enerji sektorunda qlobal miqyasda fəaliyyət göstərən beynəlxalq mühəndislik və texnologiya şirkəti Technip Energies tərəfindən həyata keçirilən “Master Technology Transfer Program (MTTP) 2026” proqramına seçilmişdir.
İsrafil Əhmədov hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin SABAH qruplarında Energetika mühəndisliyi ixtisası üzrə IV kurs tələbəsidir. O, eyni zamanda Azərbaycan Mühəndislər Birliyində Baş Katib və Elektrik mühəndisliyi komandasının lideri vəzifələrini icra edir.
🎉 Azərbaycan Mühəndislər Birliyi olaraq bu uğur münasibətilə İsrafili səmimi qəlbdən təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Siz də belə uğurların bir hissəsi olmaq istəyirsinizsə, Azərbaycan Mühəndislər Birliyinə qoşulun! 💙
March 05, 2026 - Paylaşdı: Admin