📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən tələbələr üçün Bakı Gəmiqayırma Zavoduna texniki gəzinti təşkil olunub!
Gəzinti zamanı iştirakçılar zavodun istehsalat sahələri, mühəndislik texnologiyaları və fəaliyyət prinsipləri ilə tanış oldular. Onlara müəssisədə həyata keçirilən Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏMM) üzrə tədbirlər və standartlar haqqında ətraflı məlumat verildi.
Təcrübəli mühəndis və mütəxəssislərlə keçirilən görüşlər zamanı tələbələrin sualları cavablandırıldı və real iş mühiti ilə yaxından tanış olmaq imkanı yaradıldı. Zavodda tətbiq olunan müasir texnologiyalar, istehsalat prosesi və təhlükəsizlik tədbirləri iştirakçıların böyük marağına səbəb oldu.
Bu cür maarifləndirici texniki səfərlər tələbələrə mühəndislik sahəsindəki innovasiyalar və praktik biliklər qazanmaq baxımından böyük töhfə verir.
Texniki gəzintinin təşkilinə göstərdikləri dəstəyə görə @bakushipyard rəhbərliyinə təşəkkür edirik!
September 21, 2025 - Paylaşdı: Admin