📢 Üzvlük proqramı çərçivəsində keçirilən Ekologiya mühəndisliyi üzrə “Neft və Qaz Sektorunda Enerji Səmərəliliyi və Yaşıl Keçid Yolları” seminarı uğurla başa çatdı.
⚡ Seminar zamanı iştirakçılara neft və qaz sektorunda enerji səmərəliliyi, ekoloji keçid strategiyaları və aşağı karbonlu enerji sistemlərinə keçid haqqında məlumat verildi.
📌 Dairəvi iqtisadiyyat prinsipləri, ekoloji axın və ekoloji keçid strategiyaları
📌 Qlobal iqlim hədəfləri çərçivəsində karbon ayaq izinin qiymətləndirilməsi
📌 Fosil yanacaqlardan asılılığın azaldılması və enerji səmərəliliyi mexanizmləri
📌 Aşağı karbonlu enerji sistemlərinə keçid və dekarbonizasiya modelləri
💡 Sessiya zamanı mövzular praktik nümunələr və real sənaye yanaşmaları ilə izah edildi, iştirakçıların sualları cavablandırıldı.
🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyünə görə Elmir Məmmədliyə təşəkkür edirik.
📲 Siz də belə seminar və təlimlərdən xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə səhifəmizi izləməyi və WhatsApp və Telegram qruplarımıza qoşulmağı unutmayın. 🚀



March 17, 2026 - Paylaşdı: Admin