📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən Kimya Departamenti üzrə Field Trip!
Bu dəfə səyahət edəcəyimiz müəssisə Azərtexnolayn zavodu olacaq!
Gəzinti zamanı iştirakçılar,
🔹Polad boru zavodu laboratoriya və istehsalat sahəsi
🔹 Texniki avadanlıqlar zavodu laboratoriya
🔹 Polietilen məmulatları zavodunda laboratoriya və istehsalat sahəsi haqqında həm nəzəri, həm də praktiki məlumat əldə edəcəklər.
Həmçinin iştirakçılar zavodun fəaliyyəti, burada aparılan analizlər və testlərin istehsalat prosesindəki əhəmiyyəti barədə ətraflı məlumat alacaqlar, keyfiyyətin təmin edilməsi prosesinin müxtəlif mərhələləri ilə tanış olacaq və ən müasir laboratoriya avadanlıqlarının necə işlədiyini öyrənəcəklər.
📅 Tarix və saat: 15 dekabr, 10:00
📍 Məkan: Azərtexnolayn zavodu
🚨 Qeydiyyat üçün son tarix: 12 dekabr, 20:00
Qeydiyyat linki:
https://docs.google.com/forms/d/e/1FAIpQLSfMmgYTC42NcQUAQKDLbRD2mJNhqv9B-14-7IgC3Ev6bSCPOg/viewform?usp=dialog
❗️Texniki gəzinti Azərbaycan Mühəndislər Birliyinin üzvləri üçün nəzərdə tutulmuşdur. Seçim motivasiya məktubu və aktivlik balı əsasında aparılacaqdır.
Elanlardan daha aktiv şəkildə xəbardar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙
January 03, 2026 - Paylaşdı: Admin