📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən Kimya Mühəndisliyi Departamenti üzrə yeni Field Trip!
Bu dəfə səfər edəcəyimiz müəssisə Azərsulfat olacaq.
Ziyarət zamanı iştirakçılar müəssisənin fəaliyyəti, istehsalat prosesi və tətbiq olunan texnoloji avadanlıqlarla yaxından tanış olacaqlar. Eyni zamanda, istehsalat mərhələləri, xammalın emalı, laboratoriya analizləri və keyfiyyətə nəzarət prosesləri haqqında ətraflı məlumat əldə edəcəklər. Bundan əlavə, müəssisədə tətbiq olunan texnoloji qurğular və təhlükəsizlik sistemləri ilə tanış olmaq imkanı qazanacaqlar.
📆 Tarix: 3 dekabr 2026
🕛 Saat: 12:00
🚨 Qeydiyyat üçün son tarix: 29 noyabr 2026
Qeydiyyat üçün:https://forms.gle/iYw5r45as89ZHLcd8
📌 Qeyd: Gəzinti yalnız Azərbaycan Mühəndislər Birliyinin üzvləri üçün nəzərdə tutulmuşdur. Seçim motivasiya məktubu və aktivlik balı əsasında aparılacaqdır.
Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙
November 23, 2026 - Paylaşdı: Admin