[email protected] +994 99 303 07 01
November 20, 2025 - Paylaşdı: Admin

Kimya mühəndisliyi üzrə 15 və 16 noyabr tarixlərində keçirilən “Aspen HYSYS” adlı təlim uğurla başa çatdı.

Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi Üzvlük Proqramı çərçivəsində Kimya mühəndisliyi üzrə 15 və 16 noyabr tarixlərində keçirilən “Aspen HYSYS” adlı təlim uğurla başa çatdı.

Təlim mühəndis Hüseyin Maliklinin təqdimatında keçirildi və iştirakçılara proses modelləşdirilməsinin məqsədləri, Aspen HYSYS-də simulyasiya qurulması, termodinamik paketlərin seçilməsi və real sənaye proseslərinin rəqəmsal modelləşdirilməsi barədə həm nəzəri, həm də praktiki biliklər təqdim olundu.

📍 Təlimin əsas mövzuları:
🔹 Proses simulyasiyasının kimya mühəndisliyində rolu və üstünlükləri
🔹 Aspen ONE və Aspen HYSYS interfeysi
🔹 Fluid Package seçimi: EOS və Activity Coefficient modelləri
🔹 Prosesi qurmaq üçün input məlumatların hazırlanması
🔹 Separator, reboiler, kompressor və digər avadanlıqların modelləşdirilməsi
🔹 Simulyasiya nəticələrinin şərhi və proses optimizasiyası
🔹 Təhlükəsizlik, xəta risklərinin azaldılması və simulyasiya vasitəsilə qərarvermə

Təlim zamanı iştirakçılarla praktiki nümunələr üzərində işlənildi, suallar cavablandırıldı və Aspen HYSYS-in real sənaye proseslərində tətbiqi nümayiş etdirildi.

Bu dəyərli və peşəkar təlim üçün mühəndis Hüseyin Malikliyə təşəkkür edirik!
Məkan: @fikir.coworking

Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!💙