[email protected] +994 99 303 07 01
November 25, 2025 - Paylaşdı: Admin

Kimya mühəndisliyi üzrə 22 və 23 noyabr tarixlərində keçirilən “Process Diagrams” adlı təlim uğurla başa çatdı.

📢 Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi Üzvlük Proqramı çərçivəsində Kimya mühəndisliyi üzrə 22 və 23 noyabr tarixlərində keçirilən “Process Diagrams” adlı təlim uğurla başa çatdı.


📌 Təlim mühəndis Məhəmməd Məmmədlinin təqdimatında keçirildi və iştirakçılara həm nəzəri, həm də praktiki biliklər təqdim olundu.


📍 Təlimin əsas mövzuları:

🔹 Proses diaqramlarının kimya mühəndisliyində rolu və tətbiq sahələri

🔹 PFD, P&ID proses axın diaqramlarının strukturu, arasındakı fərqlər və sənaye dizaynında istifadə qaydaları

🔹 Simvollar və işarələr: avadanlıqlar, klapanlar, borular, cihazlar

🔹 Kütlə və enerji axınlarının PFD üzərində göstərilməsi

🔹 Boru kəmərlərində kodların və xətt nömrələrinin oxunması

🔹 Təhlükəsizlik, risklərin azaldılması və proses diaqramları vasitəsilə nəzarət


Təlim zamanı iştirakçılarla real proseslər üzərində praktiki nümunələr işlənildi, diaqramların oxunması və tətbiqi izah edildi, həmçinin proses diaqramlarının layihə və əməliyyat mərhələlərində rolu nümayiş etdirildi.


Bu dəyərli və peşəkar təlim üçün mühəndis Məhəmməd Məmmədliyə təşəkkür edirik!


Elanlardan daha aktiv xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!💙